v

“VAT Portal Enterprise” və “VAT Portal SMB” arasında fərq nədir?

“VAT Portal Enterprise” mövcud elektron biznes proseslərinə malik orta və böyük şirkətlərə xidmət edir, “Portal SMB” isə sadələşdirilmiş vergi ödəyiciləri olan şirkətlərin və fərdi sahibkarların ehtiyaclarını ödəyir.

“VAT Portal Enterprise” hansı ERP sistemlərinə inteqrasiya edilə bilər?

“VAT Portal Enterprise” bazarda mövcud olan istənilən ERP sisteminə inteqrasiya edilə bilər.

“VAT Portal Enterprise” hansı formatda təchiz edilir?

O, icazəli girişli veb portal şəklində təchiz edilir.

“VAT Portal Enterprise” həllinin müştərinin ERP sisteminə inteqrasiya edilməsi üçün texniki tələblər hansılardır?

Təklif edilən həllin müştəri ehtiyaclarına əsaslandığını nəzərə alaraq, texniki tələblərin tam siyahısı heyətimiz tərəfindən müştəri sisteminin təhlilindən sonra təqdim ediləcəkdir. Yeganə tələb istifadə edilən ERP sistemi üçün veb servisin mövcudluğudur.

v

Veb sistem mövcud olmadıqda nə baş verir?

Heyətimiz tərəfdaşlarımız üçün veb servis yaratmaq üzrə əlavə xidmət göstərməyə hazırdır.

“VAT Portal Enterprise” həllinin inteqrasiya prosesi nə qədər vaxt tələb edir?

ERP sisteminin cari vəziyyətindən və biznes proseslərin mürəkkəbliyindən asılı olaraq inteqrasiya və test müddəti təxminən 30-45 gün təşkil edir.

v

“VAT Portal SMB” həllinin inteqrasiya prosesi nə qədər tutur?

“VAT Portal SMB” istifadə üçün hazır məhsuldur və heç bir inteqrasiya tələb etmir. Sadəcə olaraq sistemə daxil olun və işə başlayın!

“VAT Portal SMB” inteqrasiya edilməsi üçün texniki tələblər hansılardır?

“VAT Portal SMB” iş üçün heç bir ERP system tələb etmir.

Portal ilə iş üzrə təlimlər təmin edilirmi?

“VAT Portal Enterprise” həllinin inteqrasiya və test işləri başa çatdıqdan sonra, mütəxəssislərimiz tərəfindən tam təlim proqramı keçiriləcəkdir. Əlavə təlimlər əlavə ödənişlə təşkil oluna bilər.

Siz necə satışdan sonrakı dəstək təmin edirsiniz?

Standart dəstək paketi özünə elektron vergilər sistemindəki mümkün dəyişiklikləri əhatə edən yeniləmələri və həmin dəyişikliklərin veb portal inteqrasiyasını daxil edir.

Siz necə əlavə dəstək təklif edirsiniz?

Müştəri portalın işi ilə bağlı hər hansı məsələyə dair yardım çağıra bilər. Bu xidmət əlavə ödəniş ilə təkif edilir.