VAT Portal
Enterprise

v

A b o u tA

Azərbaycan Respublikasının vergi qanunvericiliyi biznesin daha şəffaf və məsuliyyətli fəaliyyət göstərməsinə dəstəyin təmin edilməsi məqsədilə daha innovasiyalı və effektiv vergi mühitinin yaradılması vasitəsilə davamlı olaraq təkmilləşdirilir. Görülən işlərin nəticəsi olaraq, Azərbaycan Respublikasının Vergi Nazirliyi 2010-cu ilin yanvar ayında Elektron vergi hesab-faktura (eVHF), 2017-ci ilin aprelində isə Elektron qaimə/faktura (eQF) sistemlərini təqdim etdi.

Elektron sənəd dövriyyəsinin bu konkret sahələri gündəlik əməliyyatlar zamanı insan səhvinə həssasdır və həddindən artıq insan resursları tələb edə bilər. İlkin olaraq, “VAT Portal Enterprise” həlli Elektron vergi hesab-fakturası (eVHF) ilə işləyirdi, sonradan isə Elektron qaimə/fakturası (eQF) ilə əməliyyatları da əhatə etməyə başladı. “VAT Portal Enterprise” həllinin yüksək səviyyədə qıvraqlığı onun bazarda mövcud bütün ERP sistemlərilə inteqrasiyası üçün şərait yaradır.

Hazırda, “VAT Portal Enterprise” həlli iki əsas və sifarişçinin arzusu ilə əlavə edilən iki yardımçı moduldan ibarətdir

C o r e

VAT Out

Göndərilən fakturaları emal edir

VAT In

Daxilolan fakturaları emal edir

O p t i o n a l

VAT Pay

Daxil olan fakturaların depozit hesabından ƏDV ödənilməsinin avtomatlaşdırılmasına imkan verir

VAT Claim

Edilmiş ƏDV ödənişlərinin geri tələb edilməsi prosesini avtomatlaşdırmağa imkan verir

VAT Out

“VAT Out” modulu portal sahibinin təmin edilən mallar və göstərilən xidmətlər üçün göndərilən fakturaları ilə işləyir. Bu modula daxildir:

    1
  1. Müştərinin ERP sistemində yaradılmış invoyslar əsasında elektron qaimə fakturalarının (eQF) yaradılması;
  2. Həmin fakturaların e-vergi sisteminə təqdim edilməsi;
  3. Portal, e-vergi sisteminə təqdim edilmiş elektron fakturaların vəziyyətinin gündəlik monitorinqini aparır;
  4. Portal, e-vergi sisteminə təqdim edilmiş elektron qaimə/fakturaların vəziyyətinin gündəlik monitorinqini aparır;
  5. Fakturaların qəbulu, rədd edilməsi və ya dəqiqləşdirilməsi barədə hesabatlar yaradılır;
  6. Kontragent tərəfindən qəbul ediləndən sonra e-vergi sistemi tərəfindən elektron vergi hesab-fakturaları (eVHF) yaradılır və təsdiq üçün VAT Portalına yüklənilir;
  7. Təsdiqdən sonra özünəməxsus eyniləşdirmə nömrələri ilə elektron vergi hesab-fakturaları (eVHF) kontragent tərəfindən nəzərdən keçirilmək üçün e-vergi sisteminə təqdim edilir.

VAT In

“VAT In” modulu portal sahibin aldığı mallar və ya xidmətlər üçün daxil olan qaimə/fakturalar ilə işləyir. Bu modula daxildir

    2
  1. Portal, müştərinin icmalı üçün gündəlik daxil olan elektron qaimə fakturaları (eQF) monitorinq edir;
  2. Müştərinin təsdiq etməsi, rəddetməsi və ya dəqiqləşdirmə üçün saxlaması (qanuna əsasən bu əməliyyat üçün 5 günlük məhdudiyyət qoyulur, heç biri icra edilmədikdə, elektron qaimə fakturalarına (eQF) qəbul edilmiş status verilir);
  3. Müvafiq statuslu elektron qaimə fakturalar (eQF) göndərənə qaytarılır;
  4. Təsdiqlənmiş elektron qaimə fakturalar (eQF) əsasında elektron vergi hesab fakturalar (eVHF) endirlir və ödəniş üçün təqdim edilir.
v
3

VAT Pay

“VAT Pay” modulu müştərinin Əlavə Dəyər Vergisi üçün deposit hesabından istifadə edərək, yalnız alınmış mal və xidmətlər üçün Əlavə Dəyər Vergisinin ödənişi ilə işləyir. Modul ödənilməli fakturaların tam və ya qismən ödənməsinə icazə verir.:

4

VAT Claim

“VAT Claim” modulu istifadəçilərə “VAT Pay” modulu vasitəsilə edilmiş bütün Əlavə Dəyər Vergisi ödənişlərini əvəzləşdirmə prosessinə yardım edir.:

U s e c a s eU

“VAT Portal” istifadəsinin üstünlükləri

Lütfən, “VAT Portal” istifadəsinin gündəlik biznes əməliyyatları üçün aşağıda təqdim olunmuş üstünlüklərinə nəzər salın. Bütün təqdim edilmiş rəqəmlər real həyatdan götürülmüş nümunələrdir və iş günü ərzində 600-700 elektron qaimə/faktura emal edən mövcud şirkət üçün “VAT Portal” istifadəsinin nəticələrini əks etdirir.

“VAT Portal” tətbiqindən sonra elektron fakturaların emalı üçün ayrılan insan resurslarının sayı

162

“VAT Portal” tətbiqindən sonra elektron vergi sistemində bir paket elektron fakturalar üçün tələb olunan orta emal vaxtı

5 min2 h

“VAT Portal” tətbiqindən sonra elektron vergi sistemində bir paket elektron fakturaların email zamanı baş verən səhvlərin orta sayı

30

Daxil olan elektron fakturaların alan şirkət tərəfindən təsdiq edilməsi üçün qanuna əsasən 5 günlük məhdudiyyəti olduğundan, elektron vergi sistemi tədbir görülmədiyi halda fakturaya avtomatik olaraq “təsdiqlənmiş” statusunu verir və müştəri onu ödəməyə məcburdur.

“VAT Portal” ilə, bütün daxil olan fakturalar avtomatik olaraq cavabdeh şəxslərə göndərilir və nəzərdən keçirmə prosesini sürətləşdirmək və fakturaların müəyyən edilmiş zaman ərzində emal edilməsini təmin etmək üçün gündəlik xatırlamamlar göndərilir.

Qaimələr üzrə İşlərinizin avtomatlaşdırılmasını və böyük sayda fakturaların asanlıqla emal edilməsini istəyirsinizmi?

Müraciətinizi göndərin və bizim mütəxəssislər bir iş günü ərzində sizin əlaqə saxlayıb müzakirə etdikdən sonra hansı VAT Portla həll yolunun sizin beznesinizə daha uyğun olduğunu bildirsin

İstək göndər